Müğənni İbrahim Tatlıses İnstaqramda maraqlı paylaşım edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 7 il əvvəl silahlı hücum nəticəsində sağ qaldığını qeyd edib.
O, tortun üzərində şamları üfürərkən çəkilmiş videosunu “7 il əvvəl yenidən doğuldum” qeydi ilə hesabında izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, 2011-ci ilin bu günü İbrahim kanallardan birindən çıxıb avtomobilinə əyləşərkən başqa bir maşın tərəfindən 11 dəfə atəş açılması nəticəsində ağır yaralanmışdı. O, uzun müddət xəstəxanada müalicə almışdı.
Gununsesi.info