“7 il əvvəl yenidən doğuldum” - İBRAHİM TATLISƏS

  • By admin
  • 14 Mart 2018 21:50


Müğənni İbrahim Tatlıses İnstaqramda maraqlı paylaşım edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 7 il əvvəl silahlı hücum nəticəsində sağ qaldığını qeyd edib.

O, tortun üzərində şamları üfürərkən çəkilmiş videosunu “7 il əvvəl yenidən doğuldum” qeydi ilə hesabında izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, 2011-ci ilin bu günü İbrahim kanallardan birindən çıxıb avtomobilinə əyləşərkən başqa bir maşın tərəfindən 11 dəfə atəş açılması nəticəsində ağır yaralanmışdı. O, uzun müddət xəstəxanada müalicə almışdı.

Gununsesi.info