
Abşeron rayonunun Məhəmmədli kəndinin bələdiyyə sədri olmuş Vaqif Nəbiyev bir müddət əvvəl 7 il azadlıqdan məhrum edilmişdi. Ona daha 8 il həbs cəzası verilməsi təklif olunub.
Gununsesi.info xəbər verir ki, aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxışının sonunda bu tələbi səsləndirib.
Əvvəlki hökmdə də dələduzluqda təqsirli bilinən sabiq bələdiyyə sədri yenə CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, torpaq ərazisi satmaq adı ilə vətəndaşlardan pul alıb onları aldatmaqda təqsirləndirilərək, 7 il azadlıqdan məhrum edilən Vaqid Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmündən apellyasiya şikayəti verib. Ona görə də bu biri cinayət işi üzrə məhkəmə prokurorun çıxışından sonra qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Apellyasiya Məhkəməsi o biri iş üzrə qərar verəndən sonra bu proses davam etdiriləcək.
Gülər
Gununsesi.info