
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 86-cı kilometrliyində vətəndaşlara məxsus 2 ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.
Gununsesi.info FHN-nin saytına istinadən xəbər verir ki, nərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 7 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:00-da başa çatıb.
Gununsesi.info