7 sərbəst güləşçimiz ilk onluqda - REYTİNQ

  • By admin
  • 05 Yanvar 2017 17:13

gules

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Gununsesi.info Güləş Federasiyasına istinadən xəbər verir ki, sərbəst güləşçilərimizdən 15 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib.

Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıb.

Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) , Şərif Şərifov (86 kq), qeyri-olimpiya çəki dərəcəsində Dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) reytinq siyahısında 3-cüdür.

Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədov (125 kq) olub.
Anar
Gununsesi.info