7 Türkiyə, 1 Azərbaycan vətəndaşı Ermənistana müraciət edib

  • By Admin2
  • 10 Fevral 2026 16:44

2025-ci ildə ümumilikdə 600 nəfər Ermənistanda sığınacaq almaq üçün müraciət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin məlumatında bildirilib.

2025-ci ildə ən çox müraciət İran vətəndaşları (197) tərəfindən edilib, ardınca Ukrayna vətəndaşları (86) gəlir.

Müraciət edənlər arasında 44 nəfər Rusiya vətəndaşı var. Hər birindən 34 nəfər olmaqla Misir və Əfqanıstan, 29 nəfər Suriya və 27 nəfər İraq vətəndaşı müraciətb edib.

7 nəfər Türkiyə vətəndaşı və 8 nəfər Gürcüstan vətəndaşı da Ermənistanda sığınacaq üçün müraciət edib.

Statistika Komitəsinin 1 nəfər Azərbaycan vətəndaşının da Ermənistana sığınacaq üçün müraciət etdiyini açıqlayıb.

Gununsesi.info