7 yaşlı oğlunu qətlə yetirən ana şəklini çəkib atasına göndərdi - Ərimdən intiqam aldım - FOTO

  • By admin
  • 01 İyun 2018 11:58

 Türkiyədə dəhşətli qətl hadisəsinin detalları məlum olub.

Gununsesi.info Haberler-ə istinadən xəbər verir ki, 7 yaşlı oğlu Ercan Kaya Kunduracını öldürən Bilge Lord Kunduracı adlı qadının uşağın qanlı fotosunu çəkib ayrılmaq üzrə olduğu ərinə göndərdiyi ortaya çıxıb.

4 gün öncə oğlu Ercan Kayanı yuxuda olarkən 17 bıçaq zərbəsi ilə öldürən qadın cinayəti oğlunu ondan boşanmaq istəyən ərindən intiqam almaq məqsədi ilə törətdiyini deyib:

 “Oğlumla birlikdə fotosunu Facebook-da paylaşınca onu əlimdən alacaq deyə qorxdum. Oğlumu əlimdən almaqdansa, ona bir ömür həsrət qalsın istədim. Buna görə oğlumu öldürdüm”.