70 ilin ən dağıdıcı fəlakəti: 11 mindən çox bina dağıldı

  • By admin
  • 14 Sentyabr 2016 20:55

ko

 

Koreya Xalq Demokratik Respublikası son 70 ilin ən güclü təbii fəlakəti ilə üz-üzə qalıb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyi Asiya ölkələrini – Monqolustan, Vyetnam, Laos, İndoneziya, Hindistan, Kamboca, Malayziya, İran və Pakistanı “Layonrok” qasırğasının fəsadlarını aradan qaldırmağa kömək etməyə çağırıb.

Aramsız leysan yağışları ilə müşayiət olunan təbii fəlakət nəticəsində Xamqyon-Pukto əyalətində 11,6 min bina dağılıb, 180 yol sahəsi və 60 körpü zədələnib. Bir çox yerlərdə rabitə və elektrik təchizatı kəsilib.

Daşqınlar nəticəsində yüzlərlə insanın həlak olduğu və itkin düşdüyü bildirilir.

 

 

Gununsesi.info