70 metrlik qayadan yıxılan turist bananların sayəsində sağ qalıb  - FOTO

  • By admin
  • 16 Fevral 2023 09:01

Tailandın Phetçabun əyalətində yerli turist təsadüfən müşahidə qülləsindən yıxılıb.

Gununsesi.info xəbər verir ki, o, üzərinə düşdüyü banan yarpaqları və qalın otlar sayəsində sağ qalıb.

Hadisə asiyalı turistlərin sevimli təbii attraksionu olan Phu Thap Burk Parkının müşahidə qülləsində baş verib.

Adı açıqlanmayan yerli səyyah yanında dayanan yeniyetmədən onun mənzərəli fonda şəklini çəkməsini xahiş edib. Kişi mükəmməl yer axtararkən büdrəyərək 70 metrlik qayadan yıxılıb.

Hadisənin şahidləri bu barədə dərhal xilasedicilərə məlumat veriblər. Çətin əraziyə baxmayaraq, fövqəladə hallar xidməti qəza yerinə tez gəlib və səyahətçinin sağ qaldığını, ciddi xəsarət almadığını görəndə təəccüblənib.

Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, əlavə müayinə üçün xəstəxanaya göndərilib.