70 minlik saatı oğurlandı

  • By admin
  • 20 Sentyabr 2019 22:56

Yayda “Ayaks”dan Fransanın “Nitsa” klubuna keçən Kasper Dolberq başına xoşagəlməz hadisə gəlib.

Gununsesi.org “France Football”a istinadən xəbər verir ki, Danimarka millisinin üzvü komanda ilə məşqdən sonra paltardəyişmə otağına qayıdanda əşyalarının qarışdırıldığını görüb. 21 yaşlı hücumçu klub rəsmilərinə 70 min avro dəyəri olan saatının oğurlandığını deyib.

Qeyd edək ki, “Nitsa” danimarkalı futbolçunu 18 milyon avroya transfer etmişdi.

Gununsesi.org