70 yaşlı bəstəkar cinsi təcavüzdə ittiham olunur

Hollivud bəstəkarı Denni Elfman cinsi təcavüzdə günahlandırılır.

Gununsesi.info xəbər verir ki, “Variety”nin məlumatına görə, 70 yaşlı Elfman pianoçu və bəstəkar Nomi Abadiyə cinsi təcavüzdə ittiham olunub

Abadinin sözlərinə görə, bəstəkar onu çılpaq fotolar çəkdirməyə məcbur edib. Elfman isə iddiaları rədd edib. Lakin o, 2018-ci ildə Abadiyə 830 min dollar məbləğində mənəvi təzminat ödəməyə razılaşıb.

İndi isə pianoçu Elfmana qarşı yeni iddia qaldıraraq, onu 5 il əvvəl razılaşdırılmış ödənişləri etməməkdə günahlandırıb. Bu səbəbdən o, Abadiyə 1 milyon dollara yaxın pul göndərməlidir.

 

 

Gununsesi.info