Dekabrın 29-da Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücünün kimliyi məlum olub.
Gununsesi.info APA-ya istinadən bildirir ki, hadisə 41-ci məhəllədə 2000-ci il təvəllüdlü Ağazadə Elvin Elçin oğlunun idarə etdiyi “Kia” markalı avtomobillə qeydə alınıb.
E. Ağazadə piyada, 1953-cü il təvəllüdlü Hacıyev Hacıalı Məcid oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, göstərilən müdaxilələrə baxmayaraq 4 gün sonra həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info