
Bakıda 70 yaşlı qadın itkin düşüb.
Gununsesi.org-un məlumatına görə, paytaxtın Xətai rayonu, Gənc prospektində yaşayan 1949-cü il təvəllüdlü Hafizə Məşi qızı Nəzərli ayın 18-i, saat 09:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Vəliəddin Şamil oğlu Qəribov məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org