700 bal toplayan 3 tələbə BANM-i seçdi

  • By admin
  • 15 Avqust 2016 13:02

bah

2016/2017-cı tədris ili üçün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında ən yüksək nəticə əldə edərək 700 balı toplayan tələbələrin hər üçü Bakı Ali Neft Məktəbini seçib.

Gununsesi.info xəbər verir ki,I ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən Tural Ağayev, Rəvan Nəzərəliyev və Nadir Sultanlı ali təhsillərini Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə davam etdirəcəklər.

Qeyd edək ki, Tural Ağayev əslən Zəngilan rayonundandır, atası fəhlə, anası isə evdar qadındır. Rəvan Nəzərəliyev Xırdalan şəhər 5 saylı tam orta məktəbi bitirmişdir. Rəvanın atası maşın ustası, anası riyaziyyat müəlliməsidir.

Rəvanın böyük qardaşı Rəşad Nəzərəliyev də BANM-nin tələbəsidir. O, 2013/2014-cü tədris ili üzrə keçirilən qəbul imtahanında 677 bal toplamışdır. Bu ilki qəbul imtahanında Rəvan və Rəşadın qardaşları Nurlan Nəzərəliyev də 685 bal toplayaraq BANM-ə qəbul olunubdur. 700 bal toplamış Nadir Sultanlı Ankara məktəb-liseyinin məzunudur. Nadirin anası evdar qadındır, atası isə BP-də işləyir.

bah-1

 

bah-2

 

Anar

Gununsesi.info