“Biz tənqidlərə rəğmən, öz fənnini bilməyən 700 müəllimi işindən uzaqlaşdırdıq”.
Gununsesi.info xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev Doktrantlar və Gənc Tədqiqatçıların XXVI Respublika Elmi Konfransında çıxışı zamanı bildirib.
“Biz həmişə Diaqnostik nəticələrə baxanda bilirdik ki 15-20% müəllim öz tədris etdiyi fənni bilmir. İnkişaf üçün biz həmin müəllimləri təhsildən uzaqlaşdırdıq.
Bizim buna 7 ilimiz getdi. Amma geniş ictimai müzakirələrə, tənqidlərə rəğmən biz öz fənnini bilməyən 700 müəllimi məktəblərdən kənarlaşdırdıq”.
Gununsesi.info