Keçmiş millət vəkili Əhməd Vəliyevin övladlarının “Muğan Bank”dakı payı 90%-i ötüb.
Gununsesi.info-nun məlumatına görə, “Muğan Bank”ın səhmdarlarının yeni pay bölgüsü məlum olub. Munir Əhməd oğlu Vəliyev bankdan 40% pay (325 min səhm), Samir Əhməd oğlu Vəliyev isə 33,85% pay(275 min səhm) əldə edib. Vəfa Əhməd qızı Vəliyeva isə bankdakı payını 10,65%-dən 16,27%-ə çatdırıb.
Başqa sözlə, Əhməd Vəliyevin övladlarının bankdakı payı ümumilikdə 90,12%-ə yüksəlib. Əvəzində əvvəlki əsas səhmdar Elmir Mehdiyevin bankdakı payı 67,74%-dən 0,66%-ə enib. O hazırda “Muğan Bank” 5375 səhmə sahibdir. Bundan əlavə digər səhmdar Fəridə Mehdiyevanın bankdakı hissəsi isə 10,03%-dən 9,22%-ə enib.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 162,5 milyon manatdır.
Gununsesi.info