Avropa Şurası Nazirlər Kabinetinin Türkiyədən 60 milyon avroluq tələbi

  • By arzu
  • 26 Sentyabr 2023 17:12

Avropa Şurasının Nazirlər Komitəsi bu gün Türkiyə tərəfindən icra olunmayan Avropa Məhkəməsinin qərarları ilə bağlı yeni qərar qəbul edib.

AŞ-dan Gununsesi.info -ya göndərilən xəbərə görə, qərarda Türkiyə hökumətindən 60 milyon avro ödəniş tələb edilir.

Qərarda Kiprin şimalında mülklərinə əlçatımlı olmayan adamlara Türkiyə tərəfindən rüsum ödənilməsi yer alır.

AŞ Nazirlər Komitəsinin qərarında Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) şimaldakı mülklərə əlçatımlı olmayan çoxlu sayda adamlarla bağlı hökm etdiyi 40 milyon avrodan artıq şərtsiz ödənişin icrada olması ilə bağlı qərarında israr edilir.

Komitə məhkəmə qərarlarının tətbiq edilməsini yoxlamaq üçün 3 ayda bir dəfə keçirdiyi toplantıda 33 məhkəmə iddiasından ibarət olan Xenides-Arestis – Türkiyə qrupundakı Müvəqqəti Qərarı qəbul edib.

Məhkəmə iddiaları AİHM anlaşmasının 1 nömrəli Protokolunun I maddəsinin (mülkiyyətin qorunması) pozulması və Kiprin şimalında mülkə əlçatımın davamlı olaraq əngəllənməsi ilə bağlıdır.

Məhkəmə davalarının bəziləri eyni anlaşmanın 8-ci maddəsini ilə müraciətlərin mənsillərə hörmət haqqının Türkiyə tərəfindən “pozulması” ilə bağlıdır.

Komitə açıqladığı qərarında Türkiyə yetkililərini bəzi qismi 2007-ci ildən bəri ödənilməyən “ədliyyə təzminatı”ın yığılmış faizi ilə birlikdə daha çox gecikmədən ödənilməsinə təşvik edir.

“Məhkəmə tərəfindən hökm edilən “ədliyyə təzminatının” ödənilməsindəki uzun müddətli gecikmələrin yalnız fərdi zərərçəkmişləri təzminatdan məhrum etməyib, həm də Türkiyənin Avropa Şurası üzvü olaraq beynəlxalq borcuna açıq hörmətsizlik anlamına gəlir” – sənəddə bildirilir.

Qərarda komitə eyni durumdan dərin narahatlığını dilə gətirir.

 

Xatırladaq ki, Şimali Kipr və Cənubi Kipr arasındakı siyasi münaqişədən sonra bəzi türklər Cənubi Kiprdə, bəzi yunlar isə Şimali Kiprdə qalmayaraq öz evlərini tərk etmişdilər. Hazırda iki tərəf arasında təmas sərhədləri olduğu üçün bir tərəfdən digərinə keçid icazə və yoxlamalarla mümkündür.

 

Tərcümə: Arzu

Gununsesi.info