Səfirlər izahat üçün XİN-ə çağırıldılar

  • By admin
  • 16 Dekabr 2016 08:39

boyuk-britaniya-1-bayraq

Rusiya və İran səfirləri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıblar.

Gununsesi.info-nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Britaniya XİN rəhbəri Boris Conson öz “Tvitter” səhifəsində bildirib. Onun sözlərinə görə, səfirləri nazirliyə çağırmaqda məqsəd Suriyanın Hələb şəhərində yaranmış vəziyyətlə bağlı narahatlıq ifadə etmək olub.

“Mən Hələbdəki vəziyyətlə bağlı narahatlığımızı bildirmək üçün Rusiya və İran səfirlərini XİN-ə çağırdım. Dinc sakinləri qorumaq və yardımları çatdırmaq çox vacibdir” – deyə, nazir bildirib.

Gununsesi.info