İranda təhlükəsizlik qüvvələri ötən ilin sentyabrında başlamış etirazları amansızlıqla yatıranda etirazçıları qorxutmaq üçün zorlamaya, digər cinsi zorakılığa əl atıb.
Gununsesi.info xəbər verir ki, bu, “Amnesty International”ın dekabrın 6-da yaydığı hesabatda yer alır.
Cinsi zorakılığa qadınların, kişilərin və uşaqların da məruz qaldığı bildirilir. O da qeyd edilir ki, indiyədək heç bir İran təhlükəsizlik əməkdaşı bu cinayətlərə görə ittiham olunmayıb.
Gununsesi.info