YAP-çı deputat: “Parlamentə təcrübəli adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə olmalıdırlar. Xalqın, seçicinin iradəsinə müdaxilə ola bilməz”.
O daha sonra deyib:
“Yaşlılıq məsələsinə gəlincə, qeyd etməliyəm ki, əgər insanın əqli yerindədirsə, əmək qabiliyyəti varsa, fiziki imkanları çatırsa, niyə də seçilməsin ki?!
Deputatlarla bağlı yaş məhdudiyyəti, qadağası yoxdur. Əgər təcrübəlidir, savadlıdır, əqli-fiziki imkanları yerindədir, daha yaxşı, qoy seçilsin də?!
Çünki ağsaqqallar müdrikdirlər, həyat təcrübələri, geniş dünyagörüşləri var, nüfuzları çoxdur, məsələni tez həll edə-yoluna qoya bilirlər. Bu baxımdan, parlamentə də təcrübəli,müdrik adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə olmalıdırlar.
Kim xalqın, seçicinin etimadını doğruldursa, əqli-fiziki imkanları yerindədirsə, yenidən niyə namizəd olmasın və yenidən niyə deputat seçilməsin?!
“Növbəti-4-cü dəfə deputatlığa namizəd olmaq istərdinizmi” sualına çavabında isə R. Məmmədhəsənov “Partiya məsləhət görərsə, namizədliyim irəli sürüləcək, məsləhət bilməsə, yox. Bunu da indidən demək olmaz. Çünki hələ seçkilərə vaxt var”,- deyə Rafiq Məmmədhəsənov vurğulayıb.