74 yaşlı qadın faciəvi şəkildə öldü

  • By admin
  • 09 Mart 2024 09:40

Paytaxtın Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, 1950-ci il təvəllüdlü Məmmədova Şəfiqə Murquz qızı Çingiz Mustafayev küçəsindəki evinin hamam otağında olarkən dəm qazından zəhərlənib.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info