75 minədək Amerika vətəndaşı Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı keçirilən petisiyaya imza atıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı Ağ Evin saytında keçirilən petisiyaya 75 mindək Amerika vətəndaşı imza atıb. Amerika vətəndaşları terrorçu Fətullah Gülənin Türkiyəyə verilməsini istəyirlər. Petisiyanın mətnində “Mən istəyirəm ki, bizim hökumət Fətullah Gülənə sığınacaq verməyi dayandırıb, onu Türkiyəyə təhvil versin”-yazılıb.
Qeyd edək ki, petisiyaya Ağ Evdə baxlması üçün 100 min insanın imzası lazımdır.
Gununsesi.info