75 yaşlı kişi dərmanlardan zəhərlənərək ölüb

  • By admin
  • 08 Dekabr 2017 22:24

Gəncədə şəkər xəstəliyindən əziyyət çəkən kişi  ürək dərmanından zəhərlənib.

Gununsesi.info xəbər verir ki, şəhər sakini, şəkər xəstəsi olan 1942-ci il təvəllüdlü Budaqov Talıb Bayram oğlu özünü pis hiss etdiyi üçün ürək dərmanı qəbul edib. Halı daha da pisləşən kişi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info