75 yaşlı qadın iki oğlunu evdən qovdu – Məhkəmə qərarı

  • By admin
  • 27 Oktyabr 2023 16:26

İtaliya ailələri ilə birlikdə yaşayan 40-dan çox yaşı olan oğullarını məhkəmə yolu ilə evdən çıxaran anadan danışır. 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İtaliyada bir qadın illərlə ev işləri görmədən ailəsi ilə birgə  yaşayan 40 və 42 yaşlı iki oğlunu məhkəmə qərarı ilə evdən qovub.

“Bamboccioni” (böyük körpələr) olaraq xarakterizə etdiyi iki oğluna hələ də uşaq kimi baxmaq məcburiyyətində qaldığını deyən 75 yaşlı qadın subay oğullarının evə heç faydaları olmadığını, hazır həyatın kefini sürdüklərini bildirib.

Ölkənin şimalındakı Pavia şəhərində yaşayan qadın oğullarına baxmaqdan, yemək bişirməkdən, paltar yumaqdan yorulduğunu bildirərək məhkəməyə müraciət edib. Hər iki oğlunun işinin olduğunu deyən ana onları müstəqil həyat qurmağa razı sala bilmədiyini və son çarə kimi məhkəməyə müraciət etdiyini izah edib.

Məhkəmə uşaqlarının evin xərclərinə qatılmamasına qəzəblənən qadını dinləyib və iki oğlunun da evdən çıxarılmasına qərar verib. Hakim Simona Caterbi iki nəfərə evi tərk etmək üçün vaxt verib.

2022-ci ilin məlumatlarına görə, İtaliyada 18-34 yaşlı yetkinlərin demək olar ki, 70 faizi ailələri ilə birlikdə yaşayır. Xüsusilə, son illərdə  iqtisadiyyatın pisləşməsi ilə əlaqədar olaraq, bu göstərici artır.

Gununsesi.info