76 mindən çox dövlət qulluqçusu işdən azad olunub

  • By Mayil
  • 11 Avqust 2016 11:44

qulluq 

 

Türkiyədə hərbi çevrilişə cəhddən sonra 76 min 100 dövlət qulluqçusu işdən azad olunub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə FETÖ terror təşkilatına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 5171 nəzarətə götürülüb, 16899 nəfər isə həbs edilib. Həbs edilənlərdən 3083-ü polis, 7248-i əsgər, 2288-i hakim və prokurordur. 

Daxili işlər naziri Əfqan Ala qeyd edib ki, 7173 nəfər nəzarət altında qalmaq şərtilə, 3601 nəfər isə tam sərbəst buraxılıb. Eyni zamanda 9-u general olmaqla, 190 hərbçi və 96 polis axtarışdadır.

Gununsesi.info