Almaniya prezidenti Yoahim Qauk ikinci müddətə prezidentliyə namizədliyini irəli sürməmək qərarına gəlib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Bild” qəzeti yazıb.
76 yaşlı Y.Qauk iyunun 6-da kansler Angela Merkel ilə təkbətək görüş keçirərək qərarının səbəbini açıqlayacaq, bir gün sonra isə bu barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.
“Bild” qeyd edir ki, bu addım Y.Qaukun yaşı və sağlamlıq problemləri ilə bağlıdır. (APA)