77 Ukrayna hərbçisinin cəsədi ölkəsinə qaytarıldı

Ukrayna daha 77 müdafiəçisinin cəsədini geri alıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

Hərbi Əsirlərlə bağlı Koordinasiya Qərargahından bildirilib ki, Ukrayna Silahlı Qüvvələri ölənlərin şəxsiyyətini müəyyən edəcək hüquq-mühafizə orqanlarının əməkdaşlarına və məhkəmə-tibb ekspertlərinə daha sonra təhvil verilməsi üçün cəsədlərin ixtisaslaşmış dövlət qurumlarına daşınmasını təmin edəcək.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

 

 

Gununsesi.info