77 yaşlı qadın evində yanaraq öldü

  • By admin
  • 24 Noyabr 2016 10:58

yangin3

Bərdədə fərdi yaşayış evində baş verən yanğın nəticəsində 76 yaşlı qadın yanaraq ölüb.

Gününsəsi.info xəbər verir ki, hadisə Bərdənin Nüşabə küçəsində, Elbrus Şadlinskiyə məxsus evdə qeydə alınıb. Ailə üzvləri yatmış olduğundan yanğından gec xəbər tutublar. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Alovun qarşısı alınsa da ümumi sahəsi 240 kvmetr olan evin evin 192 kvmetri tamamilə yanııb.  Yanğının baş verdiyi otaqda olan 76 yaşlı Sülhiyyə Şadlinskayanın həyatı isə xilas etmək mümkün olmayıb. Ev sahibi Elbrus Şadlinski də xəsarət alıb. Həyatyanı sahədəki 158 kvmetrlik yardımçı tikili və avtomobil yanğından mühafizə edilib. İlkin ehtimala görə yanğına birinci mərtəbədə içərisinə qaz borusu quraşdırılmış odun sobası səbəb olub.  Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

yangin yangin1 yangin2 yangin4

 

Gununsesi.info