78 yaşlı kişi özünü tövlədə asdı - AĞDAŞDA

  • By admin
  • 31 May 2017 09:05
Intiharrr
Ağdaş rayonunda intihar hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində qeydə alınıb.
Kənd sakini, 1939-cu il təvəllüdlü Əfəndiyev Rişad Sədrəddin oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Gununsesi.info