8 əcnəbiyə ömürlük həbs verdilər

  • Müəllif: Orxan
  • 24 Yanvar 2026 10:25

Birləşmiş Ərəb Əmirliklərinin Dubay məhkəməsi kütləvi davaya görə 8 Özbəkistan vətəndaşına ömürlük həbs cəzası verib.

Gununsesi.info xəbər verir ki, hadisə 2025-ci ilin yazında BƏƏ-də baş verib. Toqquşmada iki Özbəkistan vətəndaşı həlak olub. Dubay polisi daha sonra davanın 11 iştirakçısını saxlayıb.

Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, 8 nəfər ömürlük həbs cəzası, 1 nəfər 25 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info