8 ayda bu ölkədə 10 jurnalist öldürülüb

  • By admin
  • 23 Avqust 2017 10:04

jurnalist qetl

Dünən Meksikada “Diario de Acayucan” mətbu oranının müxbiri Kandido Rios Vaskes öldürülüb.

Gununsesi.info “Univision”a istinadən xəbər verir ki, artıq bu, 2017-ci il ərzində Meksikada öldürülən onuncu jurnalistdir.

Jurnalist Kandido dünən – avqustun 22-də Meksikanın qərbindəki Verakrus ştatında qətlə yetirilib. Onunla bərabər daha iki nəfər öldürülsə də, bununla bağlı prokurorluq orqanları heç bir məlumat vermir.

2000-ci ildən bu yana Meksikada 120 media işçisi öldürülüb, 20-si itkin düşüb, 50-dən artıq KİV binasına hücum olub.

Gununsesi.info