8-ci sinif şagirdi öldü - ÜRƏK ÇATIŞMAZLIĞINDAN

  • By admin
  • 22 Fevral 2017 14:12

xestexana

Masallıda 15 yaşlı məktəbli ölüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun böyük Kolatan kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov evdən çıxıb dərsə gedəndə həyətdə qəflətən yıxılaraq  ölüb. Kəndin icra nümayəndəsi Valeh  Mikayılov məktəblinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.

İ. Əmənovun atası 6 ay öncə vəfat edib.

Gununsesi.info