8 hərbçi istintaqa cəlb olundu – İntihar faktı

  • By admin
  • 26 Avqust 2017 20:17

ermeni-esger
“Ando” kimi tanınan hərbi qulluqçunun intihar etməsi ilə bağlı Ermənistanın daha 8 nəfər hərbi qulluqçu istintaqa cəlb olunub.

Report xəbər verir ki, avqustun 20-də hərbi hissənin ərazisində avtomatı çənəsinə söykəyərək intihar etmiş 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın ölümü səbəbindən “özünü öldürmə həddinə çatdırılma” maddəsi ilə açılan cinayət işi üzrə istintaq davam edir. Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Bas İdarəsinin Xüsusi Mühüm İşlər Üzrə İstintaq İdarəsinin bildirdiyinə görə, təkcə bir epizod üzrə Yerevan yaxınlğında olan hərbi bazada Andranik Mkrtçyanla birlikdə xidmət edən 8 nəfər hərbi qulluqçu istintaqa cəlb olunub.

Andranik Mkrtçyanın intihar etməsindən sonra başlanan cinayət işinin belə ajiotaj doğurmasına səbəb “Ando”nun başqa hərbçilərlə birlikdə gənc əsgərləri mütəmadi olaraq işgəncələrə və cinsi istismara məruz qoymasıdır.
İstintaq İdarəsininin əməkdaşlarının bildirdiyinə görə, Andranik Mkrtçyanın – “Ando”nun və onunla birlikdə xidmət edən digər hərbçilərin işğal olunmuş Kəlbəcərdə döyüş postunda törətdikləri başqa cinayət əməlləri də araşdırılır.

Gununsesi.info