8 illik cütlük ailə qurmağa hazırlaşır

  • By admin
  • 15 İyun 2017 15:19

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, müğənni və aktrisa Mayli Sayrus aktyor Liam Hemsvortla Las-Veqas şəhərində evlənməyi planlaşdırır.  Jurnalistlər planlaşdırılan toyun bəzi təfərrüatlarını öyrənə biliblər. Əldə olunan məlumata görə, 2009-cu ildən bəri münasibəti olan sevgililər iyulun 4-də Las-Veqasda ailə həyatı qurmağı planlaşdırır. Maraqlıdır ki, həmin gün ABŞ-ın Müstəqillik Günü kimi qeyd olunur.

“DailyMail”-ə daxil olan məlumata görə, Mayli hər zaman Las-Veqasda qəfil toy etmək arzusunda olub:

“İndi cütlük bir neçə yaxın dostları və ailə üzvlərinin iştirakı ilə iyulun 4-də ailə qurmaq arzusundadır. Ola bilsin ki, toydan sonra onlar bal ayını Liamın vətəni olan Avstraliyanın Bayron-Bey şəhərində keçirsin”.

Onu da qeyd edək ki, Mayli Sayrus və Liam Hemsvort ilk dəfə “The Last Song” filminin çəkilişlərində tanış olub. Üç ildən sonra onlar nişanlansalar da, bir il sonra ayrılmağa qərar vermişdilər. Bu hadisədən sonra müğənni Mayli Sayrus dərin depressiyaya düşmüşdü. Lakin bir-birinə dəlicəsinə aşiq olan cütlük 2016-ci ildə yenidən barışıb.

 

Gununsesi.info