Elm adamların Yaponiyanın cənubundakı Uİzu-Oqasavara Çuxurunda indiyədək təsbit edilənlərdən daha dərində yaşaya bilən ilbiz balığını kəşf ediblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 8 336 metr dərinlikdə üzərkən avtonom dənizaltı cihazı ilə görüntülənən “Liparidae” ailəsinə aid “”Pseudoliparis” sinfindən olan İlbiz balığı ortaya çıxarılıb.
Minderoo-UWA Dərin Dəniz Araşdırma Mərkəzinin qurucusu Dr. Alan Ceymison ilbiz balığının təsbit edildiyi dərinliklə balığı bunları bildirib:
“Bu dərinlik rekordu, yalnız bir neçə dəqiqəliyinə və bir neçə metrə ilə qırıla bilər”.
O, daha öncə Mariana çökəkliyində bənzər kəşflərin edildiyini, ancaq daha dərində təsbit edilən bu balıq növünün suyun isti olmasından dolayı, qaynaqlandığını ehtimal edir.
Bununla da “Pseudoliparis belyaevi” cinsindən olan və 8 min 22 metr dərinlikdə yaşayan balıq rekordu da qırılmış oldu.
“Pseudoliparis belyaevi”
Bildirək ki, ilbiz balıqları səthə görə 800 dəfə daha artıq təzyiqə məruz qalırlar. 300-dən çox növləri var.
Suyun dərinliklərində sorucu ağız quruluşları ilə yer altındakı qabıqlarla bəslənirlər.
Tərcümə: Arzu Sayadoğlu