8 mindən çox ukraynalı (mülki və hərbçi – red.) Rusiya əsirliyindədir.
Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının nümayəndəsi Yuri Taranyuk bildirib.
“İndiyədək 49 mübadilə aparılıb və 2828 nəfər evlərinə qaytarılıb. Hazırda 8 mindən çox insan əsirlikdədir, onlardan 1600-dən çoxu mülki şəxsdir. Daha on minlərlə insan – həm mülki vətəndaşlar, həm də hərbi əsirlər – itkin düşənlər siyahısındadır”, – o vurğulayıb.
Onun sözlərinə görə, əsirlikdə olan 8 mindən çox insanın yalnız yarısından çoxu Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Rusiya tərəfindən təsdiqlənib. Digər əsirlər haqqında məlumat başqa üsullarla, xüsusən də azad edilmiş əsirlərdən əldə edilib.
Gununsesi.info