8 nəfər toya buraxılmadı

  • By admin
  • 01 Yanvar 2022 10:21

Azərbaycanda karantin qaydalarını pozduqlarına görə 2 nəfər cərimə olunub, 8 nəfər toya buraxılmayıb.

Gununsesi.info xəbər verir ki, dekabrın 31-də Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakıda və respublika ərazisində 167 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 165 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 8 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Gununsesi.info