8 nəfəri evdə güllələyib öldürdülər

  • By admin
  • 05 Yanvar 2023 09:45

ABŞ-ın Yuta ştatında yerləşən evlərdən birində 8 nəfərin meyiti tapılıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 5-i uşaq, digər üç nəfəri isə yetkin şəxslər olub.

İlkin məlumatlara görə, 8 nəfər güllələnərək öldürülüb.

Hadisənin hansı şəraitdə baş verdiyi bilinmir. Cinayəti törədən şəxsin hadisə yerindən qaçdığı bildirilir. Hazırda faktla əlaqədar araşdırma aparılır.

Gununsesi.info