8 Noyabr prospektində vəziyyət eynidir…

  • By Günel
  • 18 Sentyabr 2024 10:04

Bu gün səhər saatlarından etibarən Xətai rayonu 8 Noyabr prospektində yenidən güclü tıxac müşahidə edilir.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, ötən gün tıxac səhər saat 9-dan etibarən yaransa da, bu gün artıq 8-dən yol tam dayanıb.

Mərkəz istiqamətində hərəkət edən yüzlərlə avtomobil və avtobus alternativ yollar olmadığından gözləmək məcburiyyətində qalıb. Bəzi sürücülər isə tıxacı görərək geri dönməyə çalışır, bu da prospektdə acınacaqlı vəziyyəti daha da artırıb. Avtobuslarda olan sərnişinlər isə düşərək piyada mərkəzə doğru addımlamağa başlayıb.

Qeyd edək ki, Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq hazırda 8 Noyabr prospektində təmir işlərinin aparıldığı, yolun birtərəfli bağlandığı və digər istiqamətdə ikitərəfli hərəkətin təşkil edildiyi bildirilib.

Gununsesi.info