8 noyabr Zəfər Günü münasibəti ilə İstirahət zonası açılışa hazırdır -FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Mingəçevirdə abadlıq-quruculuq işləri sürətlə davam edir.
Şəhərin küçə və meydanları, park və xiyabanları, yaşayış binaları, istirahət məskənləri qaydaya salınır, əsaslı təmirdən çıxarılır. Sakinlərin istək və arzuları nəzərə alınaraq yeni-yeni istirahət zonaları yaradılır. Belə istirahət zonalarından biri şəhərin Heydər Əliyev prospekti ərazisində, Yüksək Texnologiyalar Parkı yaxınlığında küçənin sağ və sol hissəsi boyunca salınıb. 8 noyabr Zəfər Günü münasibəti ilə hazırlanan İstirahət zonası zəfər bayramına töhfədir.

Mingəçevir park və xiyabanları ilə insanların zövqünü oxşamaqda davam edir.
Bu baxımdan yüksək təşkilatçılıq bacarığı ilə hazırlanıb istifadəyə verilən istirahət zonası gözəlliyi ilə diqqəti cəlb edir. Qısa müddətdə burada ğörülən işlər adamı valeh edir. Hər tərəf yaşıllıq, gül-çiçək, səliqəli söhbətgahlar, oturacaqlar, işıqlanma sistemi, fəvvarələr, yeni asfalt örtüyü, səliqə ilə düzülmüş səki daşları, bordürlər, suvarma sistemi, qazon örtüyü valehedicidir.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəxsi təşəbbüsü ilə tərtib edilən bu işləri Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin kollektivi Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin yaxından dəstəyi ilə həyata keçirib. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirovla elə iş üstündə görüşdük. Rəis bir qədər fikirli, qayğılı görünürdü.Söhbətə də o başladı:

-İkinci Qarabağ müharibəsi tarixə səs salan böyük zəfərlə yekunlaşdı. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz 44 günlük Vətən müharibəsində düşmənə layiqli cavab verərək yerini göstərdi. Onu iti qovan kimi torpaqlarımızdan qovub çıxartdı. Bu tarixi qələbə, xalqımızın yaddaşına yazılan zəfərdir. Bu tarixi günü əbədiləşdirmək məqsədi ilə Mingəçevirdə yeni istirahət zonası yaratmaq qərarına gəldik. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun tapşırıq və göstərişinə, işə ümumi rəhbərliyinə müvafiq olaraq 2022-ci ilin aprel ayından başlayaraq, ümimi sahəsi 2 hektara yaxın olan ərazidə yeni istirahət zonası yatatmağı qərarlaşdırdıq.

Artıq bu gün işlər başa çatmaqdadır. Öyrənirik ki, bu istirahət zonasında çoxlu sayda dekoratov ağaclar, eləcə də şam, sərv ilə yanaşı müxtəlif rənglərdə gül çiçəklər əkilmişdir. Təxminən 3500 ədəd gül kolu əkilmiş, 2000 kv metr ərazidə çəmənlik döşənib, yaşıllıq salınıb. Burada 2 fəvvarə yaradılıb, 10 ədəd söhbətgahlar, 30-a yaxın oturacaqlar qoyulub, 3000 kv metr tamet döşənib. 30 ədəd müasir işıqlanma dirəkləri quraşdırılıb. Əraziyə 600 kuba yaxın torpaq və 50 kub qum tökülmüşdür. Ümumiyyələ, 1000 ədəd ağac əkilmişdir. Bir sözlə, insanların istirahətli üçün ərazidə hər cür şərait yaradılmışdır. İstirahət zonasının girişində və çıxışında yeni, Zəfər Bayramını əks etdirən plakatlar quraşdırılmışdır. Bu isə o deməkdir ki, park başdan-başa Zəfər gününə bir hədiyyədir. İndi əsas məsələ insanların bura gəlişi və səmərəli istirahətidir.

Gununsesi.info