8 otaqlı ev yandı

  • By admin
  • 21 Aprel 2018 10:00
Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Mollakənd kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 8 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info