8 saylı məktəbdə Bilik Günü təntənəsi - FOTOLAR

  • By admin
  • 15 Sentyabr 2016 09:30

mekteb3

Respublikamızın bütün təhsil müəssisələrində “Bilik Günü” təntənəli şəkildə qeyd olunub. İlk dərs günündə otra təhsil müəssisələrində böyük canlanma, sevinc yaşanılıb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən bütün təhsil ocaqlarında da tədbirlər təşkil olunub. Belə tədbirlərdən biri rayonun A.S. Loginov adına 8 №-li tam orta məktəbdə  keçirilib. Tədbirdə məktəb direktoru, zialılar, valideyinlər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aytən Baxşiyeva qonaqları salamlayaraq məktəbin kollektini, bütün məktəbliləri yeni dərs ili münasibəti ilə təbrik edib.

O, təhsilə göstərilən diqqət və qayğıya görə məktəbin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, 2016-2017-ci il  tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415  242 nəfər təşkil edəcək.

Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.

 

mkteb

 

mekteb4

 

mekteb2

 

Gununsesi.info