8 yaşlı ukraynalı qızın Ərdoğana yazdığı məktub -FOTO

Oktyabrın 29-da Türkiyənin Kiyevdəki səfirliyində təşkil edilən qəbulda sərgilənən 8 yaşlı ukraynalı uşağın prezident Ərdoğan üçün yazdığı məktubda “Uşaqlar ölməsin deyə sizdən 1 Bayraktar istəyirəm” ifadəsi yer alıb.

Gununsesi.info xəbər verir ki, Rusiyanın Ukraynada başlatdığı və minlərlə insanın ölümünə səbəb olan müharibə davam edir. İşğal başlamazdan əvvəl Türkiyənin Kiyevə satdığı Bayraktar TB2 SİHA-lar Ukrayna ordusu və xalqı arasında müqavimət simvolu kimi qiymətləndirilir. Hətta onun üçün mahnılar da hazırlanıb.

HTML tutorial

BAYRAKTAR TB2 ƏRDOĞANA MƏKTUB

TÜRKSİD Ukrayna Dərnəyinin sədri İsmət Yüksel oktyabrın 29-da Türkiyənin Kiyevdəki səfirliyində təşkil olunmuş ziyafətdən gözəl bir lətifə paylaşıb.

29 Oktyabr Respublika Günü münasibətilə təşkil edilən rəsm sərgisində 8 yaşlı ukraynalı uşağın prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktub diqqət çəkib.

rpin şəhərindən olduğunu deyən və Bayraktar TB2 istədiyini deyən 8 yaşlı Jenya məktubunda Ukrayna və Türkiyə bayraqları, eləcə də TB2 bayraqlarını çəkərkən bu ifadələri işlədib:

“Cənab prezident Ərdoğan! Adım Jenya, 8 yaşım var. Qəhrəman şəhər İrpindənəm. Sizin Bayraktarınız var. Onlar döyüşçüdür. Bizdə savaş var. Qələbəmiz üçün sizdən ən az 1 Bayraktar istəyirəm. uşaqlar ölməsin deyə. Sağ olun.” ! Slava (Şöhrət) Ukrayna!” (Turkustan.az)

Mənbə: haber7.com

Gununsesi.info