8 yaşlı uşağı it dişləyib

  • By admin
  • 10 Sentyabr 2016 14:22

88482affea532eae745a2ad6cb74210b

Ağdamda 8 yaşlı uşağı it dişləyib.

HTML tutorial

Gununsesi.info-nun APA-nın Qarabağ bürosuna istinadən xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində baş verib.

Kənd sakini  Fətəliyev Hüseyn İlkin oğluna Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib. Quduzluğa qarşı zərdab vurulduqdan sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, it tutma halları çoxalıb. Avqust ayında 48 nəfər, sentyabr ayının ilk 10 günündə isə 13 nəfər it dişləmə xəsarəti ilə xəstəxanaya müraciət edib.

Gununsesi.info