Amerikalı aktyor, ssenarist və prodüser Robert De Niro doqquz aylıq qızı Gia Virciniya Çen-De Niro haqda danışıb.
Gununsesi.info xəbər verir ki, onun müsahibəsindən bir hissəni “Aarp” nəşri yazıb.
Nəşrin məlumatına görə, 80 yaşlı sənətçi göz yaşlarına boğulub və yeddinci övladının böyüməsinin əsas mərhələlərini görə bilməyəcəyindən narahatlığını bölüşüb. De Niro müsahibəsində atalıqdan həzz aldığını da deyib.
“Məni narahat edən hər şey… Məni narahat edən hər şey ona baxanda yox olur. Bu gözəldir. Böyüyəndə isə kim bilir… Amma o, çox şirin görünür, düşünür, baxır, müşahidə edir”, – Hollivud aktyoru qeyd edib.
Qeyd edək ki, ötən may ayında sənətçi yeddinci dəfə ata olub.
Gununsesi.info