80 yaşlı kişi yanaraq öldü

  • By admin
  • 20 Fevral 2017 16:42

meyit1

Zaqatalada yanğın olub.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Ümumi sahəsi 56 kv/m olan tikilidə baş verən yanğın söndürüldükdən sonra sobanın üstündən yanmış kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1937-ci il təvəllüdlü Rəsul Musa oğlu Musayev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info