80 yaşlı qadın evində yanaraq ölüb

  • By admin
  • 24 Fevral 2017 11:51

ev

Şəmkirdə 80 yaşlı qadın faciəvi şəkildə ölüb.

Gununsesi.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində yaşayan Nərgiz Məmmədovanın evində yanğın baş verib.

Nəticədə evin 25 kvm. sahəsindəki yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra mənzildən 80 yaşlı ev sahibəsinin yanmış meyiti tapılıb.

Gununsesi.info