800 milyon insan aclıqdan əziyyət çəkir

  • By admin
  • 15 Oktyabr 2021 18:42

Müharibələrin, koronavirus pandemiyasının və iqlim dəyişikliyinin səbəb olduğu aclıqdan əziyyət çəkən insanların sayı il ərzində 25 faiz artaraq 800 milyon nəfəri ötüb.

Gununsesi.info xəbər verir ki, bu rəqəm Almaniyanın “Welthungerhilfe” qeyri-hökumət təşkilatının məruzəsində yer alır.

Oktyabrın 14-də Berlində dərc olunan məruzədə qlobal aclıq indeksinin (GHI) sonuncu göstəriciləri nəzərə alınıb. Məruzəyə əsasən, hazırda dünyada aclıqdan əziyyət çəkən insanların sayı 811 milyon nəfərə çatıb. Bundan başqa, 41 milyon insan aclıq astanasında yaşayır.

Sənəddə qeyd olunur ki, bu il vəziyyətin ağırlaşmasına iqlim dəyişikliyi, koronavirus pandemiyası, həmçinin son zamanlar artan müharibələr və münaqişələr səbəb olub. Aclıqdan ən çox əziyyət çəkən Afrika və Asiya ölkələridir.

Gununsesi.info