81 yaşlı həkimin ümidinə qalan lahıclılar - BU CAMAATA TİBBİ XİDMƏT LAZIMDIR

  • By admin
  • 23 Noyabr 2018 12:29

İlin bütün fəsillərində İsmayıllının Lahıc qəsəbəsi öz tarixi abidələri, gözəl təbiəti ilə qonaqları özünə cəlb edir.

Amma bura üz tutan xarici və yerli turistlər arasında həkimə ehtiyac olmayanı, bəxti gətirmiş seçilmişlərdən hesab etmək olar. Eyni zamanda yerli sakinlərin də canları nə qədər bərk olsa bu onların şansları var deməkdir. Səbəb isə çox sadədir. 1500-dən çox əhaisi olan Lahıcda həkim çatışmazlığı hökm sürür. Azərbaycanın ən çox turist cəlb edən məkanlarından olan Lahıcda bir dənə belə olsun aptekə rast gəlmək mümkün deyil.

Sakinlər qeyd edir ki, hələ sovet dövründə bir çox ərazilərdə aptek olmayanda Lahıcın mərkəzində böyük aptek fəaliyyət göstərirdi. Quruluşun dağılması ilə aptek də tarixin tozlu səhifələrində itib batdı. Əgər kiməsə dərman lazım olsa 25-30 kiometr yol qət edib rayon mərkəzinə enməli olur.

Lahıcın yolları isə hamıya tanışdır. Payız və qış aylarında yollar əksər vaxt bağlanır. Nəzərə alınsa ki, hər sakinin buna imkanı yol vermir, belə ehtiyacların ölümlə nəticələnməsi qaçılmazdır. Həkimə gəlincə, bu başqa bir dərddir. Sakinlərin söylədiyinə görə, qəsəbənin 1968-ci ildən bu yana cəmi bircə həkimi var. O, isə artıq çox yaşlanıb. Xəstəxananın baş həkimi ali dərəcəli 81 yaşlı həkim Sədrəddin İsgəndərov deyir ki, ömrünün 50 ilini kənd sakinlərinin sağlam qalması üçün xərcləyib. Həkim “gecə belə qapımı döyəni əsla geri qaytarmamışam. Artıq yaşlanmışam” deyə sual edir: “Mən olmasam kim yardım edəcək əhaliyə?”

Müasir avadanlıqları istifadə etmək üçün ixtisaslı kadrlar lazımdır. Lahıcda müasir tipli xəstəxana inşa edilib.

Xəstəxanda olan otaqların bir çoxu,muasir avadablıqlarla təmin olunub ki,onlardan biri də laborotriyadı.Burada qanın və sidiyin analiz edilməsi üçün müasir avadanlıqlar olsa da təssüflər olsun ki, digər sahələr kimi burda da ixtisaslı həkim yoxdu. Bir sözlə xəstəxanaya həkim göndərilənə qədər yerli sakinlər və Lahıca gələn qonaqlar, xəstəliklərdən qorunaraq özləri özlərinin həkimi olmağa məcburdurlar.

Pərvin Abışova