81 yaşlı qadın 36 yaşlı kişiyə ərə gedib – FOTOLAR

  • By admin
  • 21 Yanvar 2021 20:17

81 yaşlı britaniyalı qadın 36 yaşlı kişiylə ailə qurub.

Gununsesi.info xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Somerset qraflığında yaşayan 81 yaşlı Iris Jones özündən yaşca xeyli kiçik misirli kişiyə ərə gedib.

Bir müddət əvvəl ailə quran cütlük hazırda karantin səbəbindən ayrı ölkələrdə qalıblar. Belə ki, onun “toyboy” əri Mohamed Ahmed Ibriham uzun müddətdir ki, koronavirus səbəbindən Misiri tərk edə bilmir.

Qadın bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edərək cavan əri üçün darıxdığını qeyd edib.

Gununsesi.info cütlüyün fotolarını təqdim edir:

Gununsesi.info